İndoneziya Prezidenti Coko Vidodo litium batareyaları üçün anod materialları istehsal edən dünyanın ikinci ən böyük zavodunu açıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Detik” portalı məlumat yayıb.
Məlumata görə, zavod Mərkəzi Yava əyalətinin Kendal rayonunda yerləşir. Birinci mərhələ başa çatdıqdan sonra 80 min ton anod materialı istehsal edə və 1,5 milyon elektrik avtomobilinin ehtiyacını ödəyə bilər. Bu müəssisə anod materiallarının istehsalı üzrə dünyanın ikinci ən böyük zavoduna çevriləcək.
Qeyd edilir ki, zavodun ikinci fazasının tikintisi çox güman ki, 2025-ci ilin birinci yarısında başa çatacaq. O, tam gücü ilə işlədikdə 160 min ton anod materialı istehsal edə və 3 milyon elektrik avtomobilinin ehtiyacını ödəyə biləcək.