Çinin cənubundakı Quanqdonq əyalətində ikimərtəbəli yaşayış binası uçub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. Məlumata görə, 3 nəfər ölüb, bir nəfər isə yaralanıb.
Hadisə Çjuhay şəhərində baş verib. İlkin məlumatlara görə, hadisəyə səbəb qaz partlayışı ehtimal edilir.
Araşdırma aparılır.