Banqladeşin keçmiş baş nazirinin partiyasından azı 29 nəfər öldürülüb

07:23 - 7 Avqust 2024 - DÜNYA

Banqladeşin keçmiş baş naziri Şeyx Hasinanın “Avami Liqası” partiyasının 29 üzvünün respublikanın müxtəlif şəhərlərində meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

"Avami Liqası"nın 10 tərəfdarı Şeyx Hasinanın baş nazirlikdən istefa verməsi və ölkəni tərk etməsi xəbərindən sonra çərşənbə axşamı Satkhira şəhərindəki hücumlarda öldürülüb.
Partiyanın liderlərinə və fəallarına məxsus ev və iş yerləri hücuma məruz qalıb və talan edilib.

Cumilla şəhərində keçmiş baş nazirin partiyasının 11 üzvü etirazçı kütlənin hücumu nəticəsində həlak olub. Hücumçuların "Avami Liqası"nın rayon şöbəsinin keçmiş məsləhətçisinin üç mərtəbəli evini yandırması nəticəsində daha 6 nəfər ölüb.

Ölənlər arasında partiya fəallarının ailə üzvləri, o cümlədən uşaqlar da var.///tass

Xəbər xətti