İsrail HƏMAS-ın yeni seçilən rəhbərini hədələdi

00:27 - 7 Avqust 2024 - DÜNYA

 İsrailin xarici işlər naziri İsrael Katz HƏMAS-ın Qəzza zolağındakı rəhbəri Yəhya Sinvarın radikal Fələstin təşkilatının Siyasi Bürosunun rəhbəri seçilməsini onun “tezliklə aradan qaldırılmasının” başqa səbəbi adlandırıb.

Ucnoqta.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin rəhbəri X sosial şəbəkəsindəki səhifəsində müvafiq açıqlama yayıb.

“İsmayıl Haniyənin yerinəqatil Yəhya Sinvarın HƏMAS-a lider təyin edilməsi onun tez aradan qaldırılmasına nail olmaq və bu təşkilatın yaddaşını yer üzündən silmək üçün başqa bir səbəbdir” - Katz yazıb.

Xəbər xətti