İsrail müdafiə hazırlığını artırdığını açıqlayıb

20:07 - 6 Avqust 2024 - DÜNYA

İsrail silahlı qüvvələrinin müdafiə hazırlığını “hər gün” artırır və hücum imkanlarını təkmilləşdirir.

Ucnoqta.az xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qalant İsrail Hərbi Hava Qüvvələrinin Tel Nof bazasına səfəri zamanı deyib.

“Biz hər gün müdafiə hazırlığımızı artırır və hücum imkanlarımızı kəskinləşdiririk”, - Qalant bildirib.

Qalant aviabazada hərbçilərlə söhbətində qeyd etdi ki, o, müvafiq tərəflərlə səyləri koordinasiya etmək üçün bir neçə gündür çalışıb.

Xüsusilə, o, bir gü əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla ilə görüşdüyünü və gecə ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefon danışıqları etdiyini" söylədi.

"Onlar bizi dəstəkləməyə və birlikdə işləməyə sadiqdirlər. İsrail və Birləşmiş Ştatlar arasında əməkdaşlıq bizim hazırlığımız üçün vacibdir", - Qalant əlavə edib.

Xəbər xətti