Hindistanın 60 ildə ən böyük çoxmillətli hava qüvvələri təlimi başlayıb

19:13 - 6 Avqust 2024 - DÜNYA

Hindistanda, Tamil Nadu ştatının şimalındakı Sulur aviabazasında müxtəlif ölkələrin təyyarələrinin iştirak etdiyi irimiqyaslı Hərbi Hava Qüvvələrinin "Tarang Shakti 2024" manevrləri başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ANI məlumat yayıb.

Təlimin açılış mərasimi çərçivəsində Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Tejas” qırıcısı Almaniya, İspaniya və Fransa Hərbi Hava Qüvvələrinə məxsus "Eurofighter" "Typhoon" və "Rafale" təyyarələrinin "ələ keçirib".

Təlimin hazırkı mərhələsi avqustun 14-dək davam edəcək, ikinci mərhələ avqustun 29-dan sentyabrın 14-dək nəzərdə tutulub. 10 ölkədən 150-yə yaxın təyyarənin iştirak edəcəyi gözlənilir. Daha iyirmi dövlət müşahidəçi qismində dəvət olunub.

Birdən çox xarici hava qüvvələrinin iştirak etdiyi sonuncu belə manevr 1963-cü ildə "Şikşa" manevri idi. Onlarda ABŞ, Böyük Britaniya və Avstraliyanın hərbi hava qüvvələri iştirak edirdi.

Xəbər xətti