Aİ Şurası Ukraynaya dəstək fondundan Kiyevə təxminən 4,2 milyard avro ayrılması ilə bağlı Aİ səfirlərinin daha əvvəl razılaşdığı qərarı təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Macarıstanın Şurada nüamyəndəliyi məlumat verib.
Qeyd olunur ki, bu qərar Ukraynanın makro-maliyyə sabitliyini və onun administrasiyasının fəaliyyətini dəstəkləmək məqsədi daşıyır. Bundan əvvəl Avropa Komissiyası qeyd etmişdi ki, bu tranşı sentyabra qədər Kiyevə köçürmək niyyətindədir.
Ukraynaya Dəstək Fondu 2027-ci ilin sonuna qədər Kiyevin cari büdcə xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 50 milyard avroluq proqramdır.