"Qarabağ" bu gün avrokuboklarda növbəti matçına çıxacaq.
Ucnoqta.az xəbər verir ki,Ağdam klubu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk turu çərçivəsində «Ludoqorets»i qəbul edəcək.
"Köhlən atlar" bu vacib qarşılaşmadan öncə üzücü xəbər alıb. Belə ki, Şahruddin Məhəmmədəliyev axırıncı məşqdə zədələnib.
11 aylıq aradan sonra «Adana Demirspor»dan geri dönən qapıçı bu gün forma geyinə bilməyəcək. Onun əlindəki köhnə zədəsi yenidən özünü göstərib.
"Şah", güman ki, təkrar əməliyyata məruz qalacaq. Hər halda bu gün keçiriləcək MRT-dən sonra Məhəməmmədəliyevin durumuna tam aydınlıq gələcək.///sportinfo.az