Gürcüstan prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixail Saakaşvili ilə və onun Vahid Milli Hərəkat Partiyası ilə eyni ittifaqda olduğu üçün onun əfv edilməsi planını nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
Gürcüstan parlamentinin spikeri xatırladıb ki, qanunverici orqan 2023-cü ilin oktyabrında Zurabişvilinin Gürcüstan konstitusiyasını pozduğuna görə onun impiçmenti ilə bağlı səsvermə zamanı Milli Hərəkat ona öz postunu saxlamağa imkan verən impiçmentin əleyhinə səs verib.