Niderlandın "Transavia" aviaşirkəti Yaxın Şərqdə gərginliyin artması səbəbindən yayın sonuna qədər Livana bütün uçuşları ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ANP xəbər agentliyi məlumat yayıb.
İyulun 29-da daşıyıcı artıq avqustun 7-dək Beyruta uçuşları ləğv etmişdi.
Transavia həmçinin Livanın hava məkanından yayınmağı planlaşdırır.
"Transavia" Niderlandın Şiphol hava limanından Beyruta həftədə dörd dəfə uçuş həyata keçirirdi.