Cənubi Koreyada istilərdən 14 nəfər ölüb

12:32 - 6 Avqust 2024 - DÜNYA

Koreya Respublikasında istilər səbəbindən daha iki nəfər dünyasını dəyişib

Ucnoqta.az xəbər verir ki, Koreya Respublikası Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin məlumatına görə, bu il günvurma və əlaqəli xəstəliklərdən ölənlərin sayı 14-ə çatıb.

Avqustun 4-də 71 yaşlı qadın Seuldakı evində huşsuz vəziyyətdə tapılıb və daha sonra xəstəxanada ölüb. Həmin gün tarlada işləyən daha bir 78 yaşlı qadın dünyasını dəyişib.
Ümumilikdə bu il avqustun 4-nə olan məlumata görə, istilərin təsirindən 14 nəfər ölüb. Havaların isti keçməsi ilə əlaqədar 1690-a yaxın insan xəstəxanalara müraciət edib.

Bir neçə gündür ki, Koreya Respublikasının hakimiyyət orqanları ölkənin əksər ərazilərində istilərlə bağlı xəbərdarlıq edir.
 

Xəbər xətti