Quru sərhədlərin bağlı olması turizm sektorunun inkişafına mane olur - İqtisadçı

12:09 - 6 Avqust 2024 - ÖLKƏ İÇİ

Bu ilin ilk 6 ayında Gürcüstan 3,1 mln. nəfərə yaxın turist cəlb edib, səfər edən turistlərin 62%-i Gürcüstana quru sərhədlərlə gəlib. Türkiyə ilə quru sərhəddən 583 min (Sarpi), Rusiya ilə quru sərhəddən 423 min (Kazbek), Ermənistan ilə quru sərhəddən 342 min (Sadaxlı) nəfər turist gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. Natiq Cəfərli qeyd edir ki, Gürcüstanın bu ilin ilk yarısında turizm gəlirləri 2 mlrd. dollara yaxın olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqaisədə 5,2% çoxdur:

"Yəni, qonşu ölkənin quru sərhədlərinin açıq olması Gürcüstana açıq-aşkar üstünlük gətirir, pul qazandırır, yeni iş yerlərinin yaranmasına dəstək olur. Bizdə isə quru sərhədlərin bağlı olması böyük potensialı olan turizm sektorunun inkişafına mane olur. Qapalı sərhədlər ölkə əhalisinə ciddi psixoloji basqı yaratmaqla yanaşı, maddi qazanc imkanlarını da məhdudlaşdırır, iqtisadiyyata ziyan vurur. İstənilən bahənə ilə quru sərhədlərin bağlı saxlamaq ölkəmizin imicini də zədələyir, bu məsələnin həlli zamanı çoxdan çatıb..."

Xəbər xətti