İran bu ölkə ilə vizasız rejim tətbiq edəcək

11:06 - 6 Avqust 2024 - DÜNYA

Tacikistan və İran avqustun 10-dan ümumi xarici pasport sahibləri üçün vizasız rejim tətbiq edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 2024-cü il avqustun 10-dan Tacikistan Respublikası və İran İslam Respublikası hökumətləri arasında ümumi xarici pasport sahibləri üçün vizaların ləğvi haqqında Anlaşma Memorandumu qüvvəyə minəcək.

Məlumatda qeyd olunur ki, sənədə əsasən, iki ölkənin ümumi xarici pasport sahibləri ilk dəfə daxil olduqları tarixdən etibarən 90 gün ərzində tərəflərin ərazisinə 30 gün müddətinə vizasız səfər etmək hüququna malikdirlər.
Birinci mərhələdə vizasız sistemin tətbiqi yalnız Düşənbə - Tehran və Tehran - Düşənbə marşrutu üzrə hava nəqliyyatından istifadə edənlər üçün həyata keçiriləcək.

Xəbər xətti