BƏƏ və Fransa prezidenti telefonla danışıblar
Ucnoqta.az xəbər verir ki, bu barədə WAM rəsmi xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Fransa prezidenti Emmanuel Makron HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi səbəbindən İsrail və İran arasında artan gərginlik nəticəsində Yaxın Şərqdə baş verən hadisələri müzakirə ediblər.
Prezidentlər arasında keçirilən görüşdə regional və beynəlxalq inkişaflar, xüsusilə Yaxın Şərqdəki gərginlik, Qəzza zolağındakı humanitar böhran və bununla bağlı həyata keçirilən səylər müzakirə edilib.
Görüşdə həmçinin Qəzza zolağında dərhal və daimi atəşkəs üçün səylərin gücləndirilməsi və iki dövlətli həll yoluna əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhə aparan aydın yol tapmaq üçün çalışmağın zəruriliyi vurğulanıb.