ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, İran bu gecə İsrailə hücum edəcək.
Ucnoqta.az xəbər verir ki, siyasətçi bunu jurnalist Odin Rossla yayım zamanı deyib.
ABŞ prezidentliyinə namizəd bir daha vurğuladı ki, əgər o, Ağ Evin rəhbəri olsaydı, belə bir şey olmazdı.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirmişdi ki, ABŞ rəsmiləri Yaxın Şərqdə eskalasiyanın İranın maraqlarına uyğun olmadığını düşünürlər.
Onun sözlərinə görə, Vaşinqton da İranın İsrailə hücumunun “qaçılmaz və baş verəcəyinə” inanmır.