Banqladeşdə etirazçılar Dəkkədə ölkə parlamentinin binasına basqın ediblər.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntülər Banqladeş sosial şəbəkələrində yayılır.
Görüntülərə görə, bir neçə onlarla nəfər deputat stullarında ayaqlarını masaların üzərinə qoyaraq əyləşib. Çoxları masaların üstündə dayanıb siqaret çəkir. Digərləri isə səhnəni mobil telefonları ilə lentə alıblar.
Bəzi videolarda iclas zalının içərisində tüstü dumanları və yerə səpələnmiş kağızlar da görünür.
Banqladeş mətbuatının məlumatına görə, son saatlarda minlərlə insan ölkə paytaxtının küçələrinə çıxıb. Yanğın, vandalizm və talan halları qeydə alınıb.
Etirazçılar baş nazirin iqamətgahını dağıdıb, ölkənin qurucusu Şeyx Mucibur Rəhmanın heykəlini dağıdıb və muzeyini yandırıb, hakim “Avami Liqası” partiyasının ofisinə soxulub, hakim partiya nümayəndələrinin evlərinə, polis məntəqələrinə və aparıcı telekanalların ofislərinə hücum ediblər.