"Sabah" komandasının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.
Ucnoqta.az xəbər verir ki, Bakı klubu III təsnifat mərhələsində İrlandiya təmsilçisi "Sent-Patriks"i mübarizədən kənarlaşdırsa, "Saburtalo" (Gürcüstan) - "Başakşəhər" (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək.