İsrailin müdafiə naziri Yoav Qalant ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.
Qallant Ostinə regionda inkişaf edən təhlükəsizlik vəziyyəti və İsrail ordusunun İran və onun etibarlı qüvvələri tərəfindən yarana biləcək potensial təhdidlərdən İsraili müdafiə etməyə hazır olması barədə məlumat verib.
Bildirilir ki, o, bir sıra ssenarilər və İsrailin müvafiq müdafiə və hücum imkanları haqqında danışıb.
İsrailli nazir həmçinin amerikalı həmkarına Vaşinqtonun sıx hərbi və strateji əməkdaşlıq çərçivəsində ölkəsinə verdiyi dəstəyə, o cümlədən İsrailin müdafiəsində “ABŞ-ın hərbi potensialının hazırkı və gələcək yerləşdirilməsi”nə görə təşəkkür edib.