Kim Çen In Şimali Koreyanın müdafiəsini gücləndirməyə çağırıb

16:41 - 5 Avqust 2024 - DÜNYA

Şimali Koreya lideri Kim Çen In ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyinə diqqət çəkib, lakin Vaşinqtonla danışıqların mümkünlüyünü istisna etməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yazıb.

Xalq Cümhuriyyətinin rəhbəri avqustun 4-də 250 yeni taktiki raket kompleksinin qoşunlara təhvil verilməsi mərasimində çıxış edib.

"Həm danışıqlar, həm də qarşıdurma bizim seçimimiz ola bilər, lakin biz qarşıdurmaya daha hərtərəfli hazır olmalıyıq", - Kim Çen In deyib. Onun sözlərinə görə, ABŞ-la son 30 il qarşılıqlı əlaqə KXDR hakimiyyətini bu qənaətə gətirib. O əlavə edib ki, bu yanaşma ABŞ-a qarşı siyasətin əsasını təşkil edir.

O, bu fikri iki dəfə təkrar etdi. “Bir daha vurğulayıram: istənilən halda, hətta bizi danışıqlar və ya qarşıdurma gözləsə belə, güclü hərbi qüvvələrə sahib olmaq suveren dövlətin borcudur və bunu heç kimə vermək olmaz”, - Kim Çen In deyib.
Dövlət İşləri sədri onu da qeyd edib ki, administrasiyadan asılı olmayaraq KXDR-ə qarşı “ABŞ düşmənçiliyi” davam edir. 

Xəbər xətti