Britaniyada iğtişaşlarda iştiraka görə 420-dən çox adam saxlanılıb

14:12 - 5 Avqust 2024 - DÜNYA

Böyük Britaniyada iğtişaşlar başlayandan bəri 420-dən çox adam saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

Bəzi hallarda polislə toqquşmalara və talanlara çevrilən anti-immiqrant etirazları ölkədə təxminən bir həftədir ki, keçirilir. Onların başlanğıc nöqtəsi Southport şəhərində üç uşağın öldürülməsi və hücum edənin şəxsiyyəti ilə bağlı sonrakı şayiələr idi.

“The Times” qəzetinin yazdığına görə, bunun fonunda bəzi deputatlar baş nazir Keir Starmeri təcili olaraq parlament tətilini dayandırmağa və qanunvericilik iclası keçirməyə çağırmağa başlayıblar. Hökumət indiyədək bu cür planlara müqavimət göstərib.///tass

Xəbər xətti