Banqladeşin baş naziri istefa verdi

13:43 - 5 Avqust 2024 - DÜNYA

Banqladeşin baş naziri Şeyx Hasina istefa verib.

Ucnoqta.az xəbər verir ki, “Reuters” bu barədə respublikanın Nyu-Dehlidəki səfirliyinə istinadən məlumat yayıb.

Daha əvvəl Banqladeşin baş naziri Şeyx Hasina hərbi helikopterlə Hindistana uçduğu məlumatı yayılmışdı. 

Agence France-Presse (AFP) Şeyx Hasinaya yaxın mənbəyə istinadən onun bacısı ilə birlikdə daha təhlükəsiz yerə sığınmaq üçün Dəkkədəki iqamətgahını tərk etdiyini bildirib.

Avqustun 4-də Banqladeşin Dəkkə və digər şəhərlərində hökumət əleyhinə etirazlar yenidən  başlayıb. Etirazçılar Şeyx Hasinanın istefasını tələb edirlər. Hakimiyyət bazar ertəsindən etibarən respublikada komendant saatı və üç gün istirahət elan edib.///tass

Xəbər xətti