Moldovada ABŞ və Rumıniya hərbçilərinin iştirakı ilə “Atəş Qalxanı - 2024” hərbi təlimləri başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.
Məlumata görə, təlimdə məqsəd milli ordunun hərbi-texniki hissələrinin və artilleriya sistemlərinin təlimə cəlb olunması, onların əməliyyat imkanlarının inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasıdır.