İranın topladığı bütün sübutlar Fələstin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinin arxasında İsrailin dayandığını göstərir. İran regionda münaqişənin genişlənməsinin əleyhinədir, lakin İsrail İsmayıl Haniyənin qətlinə görə cəzalandırılmalıdır.
Ucnoqta.az xəbər evrir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani mətbuat konfransında deyib.
“Hər şey sübut edir ki, "sionist rejimi" İsmayıl Haniyənin qətlinin arxasındadır. Bu qətldən İsraildən başqa heç kim faydalanmayıb və "sionist rejimin" bəzi rəsmilərinin açıqlamaları da bunu təsdiqləyir”. - Kənani vurğuladı.