"Hizbullah" hərəkatının silahlı qüvvələri İsrail-Livan sərhədində İsrail Müdafiə Qüvvələrinin komanda məntəqəsinə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə, zərbə kamikadze pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib və o, hava hücumundan müdafiə sistemini uğurla keçib.
Onun hədəfi Ayelet HaShahar qəsəbəsi yaxınlığında yerləşən İsrail ordusunun 91-ci diviziyasının qərargahı olub.
Bildirilir ki, hücum nəticəsində iki İsrail əsgəri yaralanıb.