Səudiyyə Ərəbistanı vətəndaşlarını Livanı tərk etməyə çağırdı

00:23 - 5 Avqust 2024 - DÜNYA

Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi krallığın Livandakı vətəndaşlarını İsraillə şiə Hizbullah hərəkatı arasında artan münaqişə fonunda dərhal respublikanı tərk etməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə səfitliyin X səhifəsində paylaşım edilib.

Paylaşımda bildirilir ki, Səudiyyə Ərəbistanı səfirliyi Livanın cənubundakı hadisələri diqqətlə izləyir və bütün vətəndaşları dərhal Livan ərazisini tərk etməyə və səyahət qadağasına əməl etməyə çağırır.

Xəbər xətti