Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi krallığın Livandakı vətəndaşlarını İsraillə şiə Hizbullah hərəkatı arasında artan münaqişə fonunda dərhal respublikanı tərk etməyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə səfitliyin X səhifəsində paylaşım edilib.
Paylaşımda bildirilir ki, Səudiyyə Ərəbistanı səfirliyi Livanın cənubundakı hadisələri diqqətlə izləyir və bütün vətəndaşları dərhal Livan ərazisini tərk etməyə və səyahət qadağasına əməl etməyə çağırır.