Türkiyə Xarici İşlər Nazirliyi vətəndaşlarına Livana səyahət xəbərdarlığı edib
Ucnoqta.az xəbər verir ki, Türkiyə XİN bölgədə baş verən son hadisələrə görə, Livanda təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsi ehtimalı olduğunu qeyd edib. "Vətəndaşlarımıza zəruri olmadıqca Livana səfərlərdən çəkinmələri tövsiyə olunur" - XİN - açıqlamasında bildirilir.