Britaniya səfirlik işçilərinin ailə üzvlərini Livandan çıxardı

22:09 - 4 Avqust 2024 - DÜNYA

 Böyük Britaniya Xarici İşlər Nazirliyi Britaniyanın Livandakı səfirliyinin əməkdaşlarının ailə üzvlərini Yaxın Şərqdən çıxarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Böyük Britaniyanın Beyrutdakı səfirliyində çalışan məmurların ailələri müvəqqəti olaraq bölgədən uzaqlaşdırılıb. Səfirlik Britaniya vətəndaşlarına xidmət göstərmək də daxil olmaqla, mühüm işləri yerinə yetirməkdə davam edir.

Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, London səfirliyin işinə və təhlükəsizliyinə kömək etmək üçün Livana əlavə diplomatik heyət və hərbi personal göndərib. Bundan əlavə, "RFA Cardigan Bay" desant gəmisi və "HMS Duncan" esminesi Aralıq dənizinin şərqindədir və Krallığın Hərbi Hava Qüvvələri nəqliyyat helikopterlərini hazır vəziyyətdə saxlayır.

Xəbər xətti