“Hindistanlı Nostradamus” adlandırılan məşhur hind astroloqu Kuşal Kumar Üçüncü Dünya Müharibəsinin başlaması üçün yeni bir tarix açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, onun proqnozuna görə, Üçüncü Dünya Müharibəsi ya avqustun 4-də, ya da 5-də başlayacaq.
Əvvəllər İsraillə HƏMAS arasında müharibə və Rusiya ilə Ukrayna arasında müharibə olacağını proqnozlaşdıran Kumar, geosiyasi hadisələrin birləşməsinin fəlakətli münaqişəyə səbəb olacağını müdafiə edir.
Nəşrin xatırladığı kimi, Kumar Üçüncü Dünya Müharibəsinin başlama tarixi ilə bağlı dəfələrlə proqnozlar verib, lakin indiyədək onların heç biri özünü doğrultmayıb.
O, daha əvvəl müharibənin 2024-cü il iyunun 18-də başlayacağını bildirsə də, bu tarix insidentsiz keçdi.
Daha sonra o, üçüncü dünya müharibəsinin ya iyulun 26-da, ya da 28-də başlayacağını proqnozlaşdıraraq yeni tarixi açıqladı, lakin o zaman belə onun proqnozu yanlış idi.