İsrailə qarşı təhdid səviyyəsi son dərəcə yüksəkdir

20:44 - 4 Avqust 2024 - DÜNYA

ABŞ İsrail üçün təhlükə səviyyəsini yüksək hesab edir və yəhudi dövlətinə özünü müdafiə etməyə kömək etməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu CBS telekanalının efirində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Con Fayner deyib.

"Düşünürəm ki, məqsədimizin gərginliyi azaltmaq olduğunu açıq şəkildə bildirdik. Məqsədimiz çəkindirməkdir. Məqsədimiz İsraili müdafiə etməkdir", - o vurğulayıb. Fayner qeyd edib ki, hazırda İsrail üçün risk və təhdidlərin səviyyəsi son dərəcə yüksəkdir və regionda baş verən hadisələr danışıqları ciddi şəkildə çətinləşdirə bilər.

Ağ Evin sözçüsü əlavə edib ki, Birləşmiş Ştatlar bütün tərəfləri danışıqlar masasına qayıtmağa və razılıq əldə etməyə çalışmağa çağırır.
"Bu arada biz vəziyyəti nəzarətdə saxlamağa və onun böyüməsinin qarşısını almağa çalışırıq" - Fayner qeyd edib.

Xəbər xətti