Litva Xarici İşlər Nazirliyi Baltikyanı respublikanın İsraildə olan vətəndaşlarına ən qısa zamanda onu tərk etməyi tövsiyə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumat Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Bildirilir ki, Xarici İşlər Nazirliyi regionda vəziyyətin mümkün gərginləşməsini və uçuşların ləğv edilməsinin başlanmasını nəzərə alaraq, İsraildə olanlara ən qısa zamanda oranı tərk etməyi, bu ölkəyə səfər etməyi planlaşdıranların isə qiymətləndirməsini tövsiyə edir.
Xarici İşlər Nazirliyi həmçinin İsraildəki Litva vətəndaşlarına diplomatik departamentin saytında xüsusi forma dolduraraq qeydiyyatdan keçməyi tövsiyə edib.