KLM oktyabrın 26-dək Təl-Əvivə uçuşları dayandırıb

21:04 - 2 Avqust 2024 - DÜNYA

KLM oktyabrın 26-dək Təl-Əvivə və oradan bütün uçuşları dayandırmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə nu.nl informasiya portalı məlumat yayıb.

May ayında aviaşirkət təhlükəsizlik səbəbi ilə iyul və avqust aylarında Təl-Əvivə və oradan uçuşları ləğv etdiyini açıqlamışdı. Bildirilir ki, indi bu müddət oktyabrın 26-dək uzadılıb.

Şirkət nümayəndələri bildiriblər ki, İsraildən başqa, KLM də hələ İran və İraq üzərindən uçmur.

Xəbər xətti