Fəxri ad məsələsi başqa ölkələrdə məna kəsb eləmir.
Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.
O, sözügedən məsələni qardaş Türkiyə ilə müqayisə edib. dirnaq modelleri
“Türkiyədə mənə sual verdilər ki, bu nədir? Bu adlar nəyə gərəkdir? Mən birtəhər izah etdim. Cavabında dedilər ki, bizdə iki qisim sənətçi var: zəngin və yoxsul. Əgər adam çox filmə çəkilirsə, zəngindir, çəkilmirsə, deyil. Dediyim odur ki, bu gün bizim niyyətimiz ad almaq deyil. Xeyr. Bu, sovet stimulu idi. Məqsədimiz indi bu deyil və olmamalıdır”,- o əlavə edib.
İttifaq sədri Azərbaycan filmində son illərdə baş verən durğunluğa təəssüf hissi ilə toxunub: “Bu zaman içərisində bəzən müəyyən fəxri ad alan şəxsləri, təəssüf ki, sonralar heç bir filmdə, layihədə görə bilmirik. Onda biz çətin vəziyyətə düşürük”.