Gürcüstan cüdoçusu diskvalifikasiya edildi

17:00 - 2 Avqust 2024 - İDMAN

Gürcüstan cüdoçusu Quram Tuşişvili Paris Olimpiadasında 1/4 finalda fransalı Teddi Rinerlə görüşdən sonra qeyri-idman hərəkətinə görə diskvalifikasiya edilib.

Ucnoqta.az xəbər verir ki, döyüş sonda ippon qazanan fransalı idmançının xeyrinə başa çatıb. Döyüş başa çatdıqdan sonra Tuşişvili döşəkdən qalxmağa çalışan Rineri itələyərək əlini üzünə qoyub. Daha sonra hakimlər gürcü idmançını qeyri-idman hərəkətinə görə diskvalifikasiya edərək, onu bürünc uğrunda mübarizə aparmaq imkanından məhrum ediblər.

Tuşişvilinin 29 yaşı var. O, 100 kq-dan yuxarı çəki dərəcəsində Tokio Olimpiadasının gümüş mükafatçısıdır. 

Xəbər xətti