Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin telefonla Valaamda keçirilən son görüşdə müzakirə olunan iş məsələlərini müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Rusiya lideri belaruslu həmkarına zəng edib. Dövlət başçıları Valaamda keçirilən son görüşdə müzakirə olunan iş məsələlərini nəzərdən keçiriblər.
Putin həmçinin Lukaşenkoya Minskin Rusiya ilə Qərb ölkələri arasında bir gün əvvəl baş vermiş əsirlərin mübadiləsində iştirakına və köməyə görə təşəkkür edib.