Bu gün Özbəkistanın paytaxtı Daşkənddə gənc şahmatçılar arasında rapid və blits üzrə dünya birinciliyinə start veriləcək.
Ucnoqta.az xəbər verir ki, mötəbər yarışda Azərbaycan 2 şahmatçıyla təmsil olunur.
Xəzər Babazadə və Ayan Allahverdiyeva 20 yaşa qədər şahmatçıların kateqoriyasında mübarizə aparacaq.
Qeyd edək ki, İsveçrə sistemiylə təşkil edilən yarış 9 turdan ibarət olacaq.