Ermənistan silahlı qüvvələrdə islahatlar çərçivəsində ABŞ və digər beynəlxalq tərəfdaşlardan məsləhətlər alır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Armenpress”ə respublikanın Müdafiə Nazirliyindən bildiriblər.
“Ermənistan Silahlı Qüvvələrində aparılan islahatların bir hissəsi kimi Ermənistan Müdafiə Nazirliyi ABŞ və digər beynəlxalq tərəfdaşlardan qısamüddətli və ya uzunmüddətli xarakter daşıya bilən məsləhət dəstəyi alıb və alır” - Müdafiə Nazirliyinin açıqlamasında deyilir.