Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir

12:00 - 2 Avqust 2024 - İDMAN

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə start veriləcək.

Ucnoqta.az xəbər verir ki, I turun açılış matçında son çempion "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

"Liv Bona Dea Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Azərbaycan Premyer Liqası, I tur

2 avqust

20:00. "Araz-Naxçıvan" - "Qarabağ"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qeyd edək ki, turun digər qarşılaşmaları 3-4 avqustda gerçəkləşəcək.

Xəbər xətti