Haniyənin öldürülməsi Qəzzada atəşkəsə nail olmaq səylərinə "yardım etmədi"

08:45 - 2 Avqust 2024 - DÜNYA

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi Qəzza zolağında atəşkəsin əldə olunmasına kömək etməyib.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Vaşinqton yaxınlığındakı Endrüs hərbi bazasında Rusiya ilə ABŞ arasında əsir mübadiləsi nəticəsində azad edilən amerikalıların görüşündən sonra jurnalistlərə deyib.

O, həmçinin bildirib ki, avqustun 1-də İsrailin baş naziri Benyamin Netanyahu ilə “birbaşa” danışıb.///tass

Xəbər xətti