Rusiya ilə Finlandiya arasında münasibətlərin indiki mərhələsində sərhəddə yerləşən ölkələr arasında keçid məntəqələrinin açılması mümkün deyil.
Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiyanın “İltalehti” nəşrinə müsahibəsində baş nazir Petteri Orpo bildirib.
“Hazırda mən hələ də inanıram ki, sərhəd-keçid məntəqələrinin açılması imkanı yoxdur”, - o vurğulayıb.
Orponun sözlərinə görə, gələcəkdə Finlandiya və Rusiya sərhədində potensial keçid məntəqəsinin açılması Moskvadan müəyyən təminat tələb edir.
Orpo qeyd edib ki, o, Rusiya ilə sərhəddə keçid məntəqəsinin açılması məsələsində ehtiyatlıdır.