Məhbus mübadiləsi digər ölkələr üçün çətin addımlar tələb etdi - Bayden

08:20 - 2 Avqust 2024 - DÜNYA

 ABŞ prezidenti Co Bayden etiraf edib ki, o, Moskva ilə Vaşinqton arasında məhbus mübadiləsini həyata keçirmək üçün digər ölkələrdən öz maraqlarına zidd hərəkət etməyi xahiş edib.

Ucnoqta.az xəbər verir ki, Bayden Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında Rusiya və ABŞ arasında əsir mübadiləsi zamanı azad edilmiş amerikalıların görüşündən sonra jurnalistlərə bildirib

"Burada ən çətin olan başqa ölkələr üçün idi. Mən onlardan öz yaxın maraqlarına zidd olan, həqiqətən də çətin olan bir şey etmələrini xahiş etdim. Xüsusilə də Almaniya və Sloveniya üçün. Sloveniya son anda işə qarışdı”, - ABŞ lideri vurğulayıb.

Xəbər xətti