"Hizbullah" İsrailin şimalına onlarla raket zərbəsi endirib

00:27 - 2 Avqust 2024 - DÜNYA

“Hizbullah” silahlı birləşmələri iki günlük fasilədən sonra Qərbi Qalileydəki İsrail yaşayış məntəqələrinə çoxsaylı raket zərbələri endirib.

Ucnoqta.az xəbər verir ki, Əl Manar telekanalının verdiyi məlumata görə, şiə döyüşçüləri İsrailin şimalındakı sərhəd bölgələrinə azı 60 mərmi atıblar.

Bildirilir ki, zərbə İsrailin mülki əhalinin öldürüldüyü Kfar Qila və Şamaa yaşayış məntəqələrinə hava hücumlarına cavab olaraq həyata keçirilib.

Hücumun nəticələri barədə məlumat verilmir.

Xəbər xətti