Bayden səlahiyyət müddəti bitənə qədər Quantanamo həbsxanasını bağlamaq niyyətindədir

23:39 - 1 Avqust 2024 - DÜNYA

ABŞ prezidenti Co Bayden 2025-ci ilin yanvarında başa çatacaq səlahiyyət müddətini başa vurmadan Kubadakı ABŞ Quantanamo bazasındakı həbsxananı bağlamağı gözləyir.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

"Prezident hələ də bunun həyata keçirilməsini istəyir. Zamana gəlincə, bu məsələdə deyəcək heç nəyim yoxdur, amma təbii ki, o, bunun onun rəhbərliyi altında olmasını istərdi", - Jean-Pierre vurğulayıb.

Xəbər xətti