Azərbaycan cüdoçusu finala vəsiqə qazandı

19:00 - 1 Avqust 2024 - İDMAN

 

Fransanın paytaxtında davam edən Yay Olimpiya Oyunlarında cüdo üzrə təmsilçimiz Zelim Kotsoyev yarımfinal görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, idmançımızın bu mərhələdəki rəqibi özbəkistanlı Muzaffarbek Turoboyev olub.

Rəqibini 1 vaza-ari xalı ilə məğlub edən Kotsoyev Olimpiadanın finalına vəsiqə qazanıb.

Xəbər xətti