Taleh Qaraşovdan yeni təyinat

17:11 - 1 Avqust 2024 - ÖLKƏ İÇİ

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun sərəncamı ilə icra başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Ucnoqta.az xəbər verir ki, sərəncama əsasən Quliyev Emin Rzaqulu oğlu icra başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib və kollektivə təqdim olunub.

Qeyd edək ki, Emin Quliyev bu vəzifəyə qədər Lənkəran ŞİH başçısı aparatında hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb, uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2020-ci ildə “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə təltif olunub.

Xəbər xətti