Gündüz Abbaszadəyə vəzifə verildi

18:00 - 1 Avqust 2024 - İDMAN

"CBC Sport" kanalının şərhçisi Gündüz Abbaszadə yeni vəzifəyə təyin olunub.

Gündüz Abbaszadə sözügedən kanalın Şərhçilər qrupunun rəhbəri və proqramlar direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Gündüz Abbaszadə "CBC Sport"a 9 il əvvəl gəlib.

O, "Neftçi" və "Qarabağ" klublarının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin də rəhbəri olub.

///Oxu.az

Xəbər xətti