"Qarabağ"ın oyunlarını idarə edəcək hakimlər məlum olub

17:45 - 1 Avqust 2024 - İDMAN

"Qarabağ"ın Bolqarıstanın "Ludoqorets” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Ucnoqta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

6 avqust

20:00. "Qarabağ” – "Ludoqorets”

Baş hakim: Urs Şnider

Baş hakimin köməkçiləri: Marko Zürçer, Benyamin Zürçer

Dördüncü hakim: Sven Volfensberger

VAR hakimləri: Fedayi San, Yohannes von Mandaç

Tofiq Bəhramov adına Respublika stadionu

13 avqust

22:00. "Ludoqorets” - "Qarabağ”

Baş hakim: Simon Sozza

Baş hakimin köməkçiləri: Giorgio Peretti, David İmperiale

Dördüncü hakim: Matteo Marçetti

VAR hakimləri: Gianluka Aureliano, Marko Serra

"Ludoqorets Arena"

Xəbər xətti