İran və onun regional müttəfiqləri Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda ölümünə görə İsraildən mütləq qisas alacaqlar.
Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri çıxış edib.
“Biz və “Müqavimət Oxu” Haniyənin qanının qisasını mütləq alacağıq, indi bu məsələyə baxılır, müxtəlif tədbirlər görülməlidir, sionistlər buna görə istər-istəməz peşman olacaqlar”, -
Baqeri HƏMAS siyasi bürosunun rəhbəri ilə vida mərasimində IRIB dövlət televiziyasına bildirib.