Finlandiya hakimiyyəti şəkərli diabet xəstələrinin orduya cəlb edilməsini bərpa etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yle ictimai yayımı məlumat yayıb.
Məlumata görə, Finlandiya Müdafiə Qüvvələrinin Baş Qərargahının işçi qrupu şəkərli diabet xəstələri üçün orduda xidmət etmək imkanlarına baxılmasını iyun ayında başa çatdırıb. İndi Baş Qərargah hərbi xidmətə yararlılığın yeni kateqoriyalarının tətbiqi ilə bağlı qərar verəcək. Şəkərli diabet xəstələri hərbi xidmətə qəbul edilərsə, onlar ayrıca seçim prosesindən keçməlidirlər və ya onların yararlılığını qiymətləndirmək üçün xüsusi tibbi müayinədən keçməlidirlər.
2018-ci ildə Finlandiya Müdafiə Qüvvələrinin Baş Qərargahı şəkərli diabet xəstələrinin orduda xidmət etməsinə qadağa qoyub.