İsrail 2023-cü ilin oktyabrında blokada altındakı anklavda hərbi əməliyyatlara başladıqdan sonra Qəzzada 39.400-dən çox fələstinli öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu məlumatı sektorun Səhiyyə Nazirliyi verib.
Məlumata görə, həlak olanların sayı indiyədək 39 480 nəfərə çatıb, 91 128 nəfər yaralanıb.
Son 24 saat ərzində İsrail qüvvələrinin reydləri və bombardmanları nəticəsində 35 nəfər həlak olub, 55 nəfər yaralanıb.